Az Ru

DƏB KLUBU KARTI İLƏ

ŞOPİNG ET
VƏ QAZAN!
ŞƏXSİ KABİNETƏ GİRİŞ

Romantic Dəb Klubu kartı

Romantic Dəb klubu bonus kartı Romantic mağazalar şəbəkəsində daha səmərəli alış-veriş etməyə nəzərdə tutulub. Dəb klubu kartının sahibləri alış-veriş zamanı bonus xalları qazanaraq, daha sonra Azərbaycan Respublikası ərazisində, Romantic mağazalar şəbəkəsində alış-veriş zamanı bu xallar ilə ödəniş etmək imkanı əldə edir.

Romantic Dəb Klubu kartının əldə olunması qaydaları

- Romantic Dəb klubu bonus kartı şəbəkənin istənilən mağazasında bir dəfəyə 40 AZN və yuxarı alış-veriş etmiş alıcıya xəzinədar tərəfindən təmənnasız verilir.
- Ödəniş nağd, bank kartları (Albalı, WorldCard, BolKart istisna olmaqla) və ya Romantic hədiyyə kartı vasitəsilə həyata keçirilə bilər
- Dəb klubu kartın əldə edilməsi üçün alıcı şəxsi məlumatlarını təqdim olunmuş xüsusi anketdə qeyd edir.

Romantic Hədiyyə kartının əldə olunması zamanı Dəb klubu kartı verilmir.

Bonusların növü

Standart bonus sahibinin xərclədiyi məbləğdən bonus şəklində karta qayıdan müəyyən hissədir. Kart sahibi yığılmış standart bonusları növbəti alış-verişi zamanı aldığı əmtəənin qiymətinin bir hissəsini və ya tamamilə ödəməklə xərcləyə bilər. Standart bonusun istifadəsinə vaxt məhdudiyyəti yoxdur.

Aksiya bonusları aksiya şərtləri ilə təyin olunan xərclənmiş məbləğin kart sahibinə bonus şəklində qayıdan müəyyən hissəsidir və məhdud istifadə müddətinə malik olub, aksiyanın sonunadək qüvvədə qalır. Kart sahibinə yığılmış bonusları aksiya bitməmiş, növbəti alış-verişi zamanı aldığı əmtəənin qiymətinin bir hissəsini və ya tamamilə ödəməklə xərcləməsi tövsiyə olunur. Əks halda, aksiya bonusları hesabdan silinəcək.

Bonus xallarının hesablanma qaydaları

Romantic mağazalar şəbəkəsində hər alış-veriş zamanı, həmçinin Dəb klubu kartının əldə olunması üçün nəzərdə tutulmuş ilkin alış-veriş zamanı bonus xalları (1 bonus xalı = 1 AZN) aşağıdakı qaydada hesablanır:

50 AZN-ə qədər - xərclənmiş məbləğin 5%-i;
51-100 AZN arası - xərclənmiş məbləğin 7%-i;
101 AZN-dən yuxarı - xərclənmiş məbləğin 10%-i

Ödəniş nağd, bank kartları (Albalı, WorldCard, BolKart istisna olmaqla), yaxud Romantic hədiyyə kartı vasitəsilə həyata keçirilə bilər. Hədiyyə kartı alinan zaman bonuslar hesablanmir.

Endirim və xüsusi aksiyalarda iştirak edən geyim və aksessuarların əldə olunması zamanı bonus xalları hesablanmır. Lakin bu alış-verişin məbləği Dəb klubu kart sahibinin şəxsi hesabında toplanaraq, gələcəkdə onun VİP-status almasına imkan verir. Ödənişin bir qismi pulla, qalan hissəsi isə bonuslarla ödənildiyi halda, xərclənilən bonuslara əlavə bonuslar hesablanmayacaq.

VIP status

Dəb klubu kart sahibi altı ay ərzində Romantic mağazalar şəbəkəsindən 1000 AZN məbləğində alış-veriş etdiyi halda, dərhal olaraq VİP-status qazanır. VİP-status kart sahibinə növbəti altı ay ərzində endirimdə olmayan və aksiyada iştirak etməyən istənilən geyim və aksessuarların əldə olunması zamanı 15% bonus qazanmağa imkan verir

VİP-statusun saxlanılması üçün Dəb klubu kart sahibi hər sonrakı altı ay ərzində davamlı olaraq Romantic mağazalar şəbəkəsində ən azı 750 AZN dəyərində alış-veriş etməlidir.

Ödəniş nağd, bank kartları (Albalı, WorldCard, BolKart istisna olmaqla), və ya Romantic hədiyyə kartı vasitəsilə həyata keçirilə bilər.

VİP-status sahibi endirimdə olan və xüsusi aksiyalarda iştirak edən məhsulu əldə edərkən bonus xalları qazanmır. Lakin ödənilən məbləğ VİP-status sahibinin hesabında toplanaraq, onun statusunun saxlanılmasına imkan verir.

Bonus xallarının istifadə qaydaları

Dəb klubu kartı təqdim etmək şərti ilə, kart sahibi Romantic mağazalar şəbəkəsində bonus xallarını istənilən geyim və aksessuarların əldə olunması üçün istifadə edə bilər.

Alış-veriş zamanı əldə olunan bonuslar həmin məhsulun geri qaytarılması zamanı dərhal kart sahibinin şəxsi hesabından silinir. Bonus xalları vasitəsilə alınmış əmtəənin geri qaytarılması zamanı isə istifadə olunmuş bonuslar 10 gün ərzində kart sahibinin şəxsi hesabına geri qaytarılır.

Dəb klubu kart sahibi bonus və balans haqqında məlumatı SMS göndərərək, çağrı mərkəzinə zəng edərək, şəbəkənin istənilən mağazasında xəzinədardan dəqiqləşdirə və ya www.romantic.az/fashionclub/ şəxsi kabinetə daxil olaraq əldə edə bilər.

Dəb Klubu kartının yararsız hala düşməsi, yaxud itirilməsi hallarında bonus xallarının bərpası mümkündür. Bunun üçün kart sahibi kartın ilkin alınma zamanı təqdim etdiyi şəxsi məlumatları təsdiq edən rəsmi sənədlə şəbəkənin istənilən mağazasına müraciət edə bilər. Bu halda yeni kartın əldə olunması üçün əlavə alış-veriş etmək tələb olunmur.

Şəxsi kabinetə
daxil olun
Pin kodun bərpa
olunması
Qeydiyyat zamanı qeyd
etdiyiniz telefon nömrəsi
Şəkildə gördüyünüz
rəqəmləri daxil edin

Pin-kodunuz müvəffəqiyyətlə
qeydiyyat zamanı qeyd etdiyiniz
telefon nömrəsinə göndərilib

Dəb klubu proqamında
iştirakınız üçün
minnətdarıq